top of page

"Sabah" 2-ci pilləyə yüksəldi, Sumqayıtda heç-heçə

Bu gün Misli Premyer Liqasında 8-ci tura yekun vurulub.


90plus.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş keçirilib.


"Şamaxı" "Sabah"ı qəbul edib. Görüş qonaqların 1:0 hesablıl qələbəsi ilə başa çatıb. "Sabah" bu qələbə ilə xallarını 19-a çatdırıb və 2-ci pilləyə yüksəlib.


Turun sonuncu qarşılaşmasında isə "Kəpəz" "Sumqayıt"ın qonağı olub. Oyunda qapılara qol vurulmayıb.


2 oktyabr (bazar)


18:00. “Sumqayıt” – “Kəpəz” - 0:0

Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Əli Əliyev

“Kapital Bank Arena”


15:30. “Şamaxı” – “Sabah” - 0:1


Qol: Abdulayev Ba, 90+1

Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Emin Əliyev

Şamaxı şəhər stadionu


1 oktyabr (şənbə)


18:00. “Qarabağ” – “Neftçi” - 3:1


15:30. “Turan Tovuz” – “Zirə” - 1:3


30 sentyabr


19:00. “Səbail” – “Qəbələ” - 1:2


0 comments
bottom of page