top of page

"Sabah" - "Beşiktaş" matçından əldə olunan vəsaitin məbləği müəyyənləşdi

"Sabah"ın "Beşiktaş"la Bakıda keçirdiyi xeyriyyə matçından (3:3) əldə olunan vəsaitin məbləği müəyyənləşib.


90plus.az xəbər verir ki, "Sabah"ın yaydığı açıqlamada qarşılaşmadan 718.019 manat, təxminən 9.111.385 Türkiyə Lirəsi əldə edildiyi qeyd olunub.


Oyundan əldə edilmiş bütün gəlirin ən qısa zamanda “Beşiktaş” klubu tərəfindən yaradılmış “Bırakmam seni Türkiyem” yardım kampaniyasının hesabına köçürüləcəyi bildirilib.


Qeyd olunub ki, matçdan əldə edilən bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş bölgədə məktəb tikintisi üçün xərclənəcək.



0 comments
bottom of page