top of page

"Sabah" daha bir legionerlə yolları ayıra bilər

Transfer pəncərəsində aktiv olan "Sabah" daha bir legionerlə yollarını ayırmağa yaxındır.


"90plus.az" xəbər verir ki, paytaxt təmsilçisi malili hücumçu Ulise Diallo ilə vidalaşmaq niyyətindədir.

29 yaşlı hücumçu ilə razılıq əldə olunsa, sözləşməsi ləğv ediləcək.


Qeyd edək ki, Ulise Diallo 2019-cu ilin avqustundan "Sabah"da oynayır. Onun klubla müqaviləsi yayda başa çatmalıdır. "Sabah" daha əvvəl Yevgeni Koçuk və Abbas Ağazadə ilə müqaviləni ləğv edib, Ozan Can Kökçünü isə Niderlandın "Telstar" klubuna icarəyə verib.

0 comments
bottom of page