top of page

“Sabah” və “Sumqayıt” Azərbaycan kubokunun 1/4 finalına adlayıb!


Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsində 2 matç keçirilib.


90plus.az xəbər verir ki, əvvəlcə Premyer Liqa təmsilçilərindən "Kəpəz" "Sabah"ı qəbul edib. Maraqlı və bolqollu oyun "Sabah"ın 4:3 hesablı qələbəsi ilə başa çatıb. "Sabah" 1/4 finalda "Qarabağ" - MOİK cütünün qalibi ilə üz-üzə gələcək.

Digər görüşdə isə "Sumqayıt" 1-ci liqa təmsilçisi "Karvan"la qarşılaşıb və rəqibini 3:1 hesabı ilə məğlub edib.  Komanda  1/4 finalda  "Neftçi" - "Qaradağ Lökbatan" cütünün qalibi ilə oynayacaq.


18 dekabr

Azərbaycan Kuboku

1/8 final

17:00. "Sumqayıt" - "Karvan" - 3:1

Qol: Kamran Əliyev, 55 (1:0), İzzət Muştaqov, 65 (1:1), Erik Sorqa, 82 (2:1), Rövlan Muradov, 88 (3:1)


Qolların videoları:


14:00. "Kəpəz" - "Sabah" - 3:4 

Qol: Vinsent Til, 14 (0:1), Cesse Sekidika, 23 (0:2), Adama Niane, 36 (1:2), Emmanuel Apeh, 39 (1:3), Adama Niane, 45 (2:3), 76 (3:3), Amin Seydiyev, 90 (3:4)



19 dekabr 

13:00. "İrəvan" - "Araz-Naxçıvan"

16:00. "İmişli" - "Qəbələ"


20 dekabr 

14:00. "Səbail" - "Şamaxı"

17:00. "Zirə" - "Turan Tovuz"


21 dekabr 

14:00. “Qarabağ” – MOİK

18:00. “Neftçi” – “Qaradağ Lökbatan”


0 comments

Comments


bottom of page