top of page

"Sabah"ın baş məşqçisi: "Bu, bizim ən böyük səhvimiz idi"

"İkinci yarıda üstünlüyü əldən vermək bizim ən böyük səhvimiz idi".

90plus.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev "Neftçi"yə evdə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra deyib.


39 yaşlı mütəxəssis birinci hissədə çox yaxşı oynadıqlarını bildirib: "Həmin vaxt matça nəzarət edirdik və müdafiədə nizam-intizamlı oynayırdıq. Rəqibin təhlükəli epizodlar yaratmasına imkan vermədik. Sonadək birinci hissədəki kimi oynamalı idik".


Musayev hakimlik haqqında da danışıb: "Baş hakim öz işini çox yaxşı gördü. Epizod gedir, oyunçulardan biri qaydaları pozur, referi isə fit çalmır".

0 comments
bottom of page