top of page

Sabahkı ÇL oyunlarının hakim təyinatları!


Çempionlar Liqasının 1/8 finalında sabah keçiriləcək cavab oyunları üçün hakim təyinatları açıqlanıb.


90plus.az xəbər verir ki, "Liverpul" - "İnter" matçını İspaniya Futbol Federasiyasndan Antonio Mateu Lahoz idarə edəcək. Ona həmyerliləri Pau Kebrian Devis, Roberto Dias Peres del Palomar köməklik göstərəcək. Dördüncü hakim funksiyasıı Rikardo de Burqos yerinə yetirəcək.


"Bavariya" - "Zalsburq" görüşü isə Fransa Futbol Federiyasından Kleman Turpinə həvalə olunub. Nikolas Danos, Kuril Qrinqoner köməkçi hakimlər, Ruddi Buquet dördüncü hakim olacaq.

Qeyd edək ki, sabah keçiriləcək hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

0 comments
bottom of page