top of page

Sabiq “Liverpul”lu ürək probleminə görə karyerasını bitirdi

Braziliya “Qremio”sunun yarımmüdafiəçisi Lukas Leyva karyerasını başa vurduğunu elan edib.


90plus.az xəbər verir ki, bu barədə “Liverpul”un keçmiş oyunçusu mətbuat konfransında danışıb.


Göz yaşlarına hakim ola bilməyən braziliyalı yarımmüdafiəçi vida konfransında qərarının səhhətindəki problemlə əlaqələndirib:


“Sağlamlığım hər şeydən üstündür. “Qremio”ya minnətdarlığımı bildirmək istərdim. Bu gün karyeramı başa vurduğumu elan edirəm. Karyeramı oynamaq istədiyim klubda bitirirəm. Təəssüf ki, hər şey planlaşdırıldığı kimi alınmadı”.


Qeyd edək ki, 36 yaşlı futbolçu “Qremio”nun yetirməsidir. Leyvanın karyerasının ən parlaq illəri İngiltərənin “Liverpul” klubunda keçib. 2007-ci ildən 2017-ci ilədək “qırmızılar”ın şərəfini qoruyan Leyva orada İngiltərə Liqa Kubokunun qalibi olub. 2017-ci ildən 2022-ci ilədək İtaliyanın “Latsio”sunda çıxış edən futbolçu daha sonra doğma klubuna qayıdıb.

0 comments

Comments


bottom of page