top of page

Sabiq "Mançester Yunayted"li futbolçu Türkiyə liqasında!


Bir zamanlar "Mançester Yunayted"də forma geyinən futbolçu Türkiyə Süper Liqasında çıxış edəcək. 90plus.az xəbər verir ki, "Başakşehir" klubu "Sevilla" klubundan 27 yaşlı cinah hücumçusu Adnan Yanuzayı icarə əsasında heyətə qatdı.


Adnan bundan əvvəl "Mançester Yunayted", "Borussia Dortmund", "Sanderlend", "Real Sosyedad" və "Sevilya" klublarında çıxış edib. Qeyd edək ki, Adnan Yanuzayın bir tərəfi türkiyəlidir, amma o Belçika millisində çıxış edir.

0 comments
bottom of page