top of page

Sakki Mançiniyə görə çox məyusdur

“Milan”ın sabiq baş məşqçisi Arriqo Sakki Roberto Mançininin İtaliya millisindən getməsi haqda danışıb.


90plus.az pianetamilan.it”-ə istinadən xəbər verir ki, Sakki baş verənlərə görə məyus olduğunu bildirib:


“Çox məyus olmuşam. Bu məsələ ilə bağlı bir fikir bildirəcəm: onun gedişinə qəti inanmadım”.


Roberto Mançininin İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina ilə fikir ayrılığı yaşadığı üçün postunu tərk etdiyi bildirilir.


İtaliya milli komandasının yeni baş məşqçisinin adı qarşıdakı günlərdə açıqlanacaq. Hazırda bu posta ən real namizəd “Napoli”nin sabiq baş məşqçisi Luçano Spalettidir.

0 comments

Comments

Couldn’t Load Comments
It looks like there was a technical problem. Try reconnecting or refreshing the page.
bottom of page