top of page

Salahın agenti zədənin ciddi olduğunu deyir


Mohamed Salahın agenti Rami Abbas misirli futbolçunun zədəsinin ciddi olduğunu deyib.


90plus.az Fabrizio Romanoya istinadla xəbər verir ki, zədənin ciddiliyini vurğulayıb:


“Zədə ilk düşünüldüyündən daha ciddidir. Salah 21-28 gün yaşıl meydanlardan kənarda qalacaq.


Onun hazırkı AFCON-da (Afrika Millətlər Kuboku) iştirak etmək üçün ən yaxşı şansı İngiltərədə intensiv reabilitasiya keçmək və uyğunlaşan kimi komandaya qayıtmaqdır”.


Qeyd: Mohamed Salah zədəyə görə millinin düşərgəsindən ayrılıb "Liverpul"a qayıdıb. Misir millisi yarımfinala çıxacağı təqdirdə Mohamed Salah komandanının düşərgəsinə qatılacaq.


0 comments

Comments


bottom of page