top of page

Salah rekord “qırdı”: 10-da 10!


"Liverpul"un misirli ulduz hücumçusu Mohamed Salah Premyer Liqanın 36-cı turunda "Tottenhem"lə qarşılaşmada (4:2) həm qol vurub, həm də məhsuldar ötürmə etməklə İngiltərə Premyer Liqasında rekorda imza atıb.


90plus.az xəbər verir ki, Salah Premyer Liqa tarixində üç mövsüm ard-arda ən azı 10 qol və 10 məhsuldar ötürmə ilə oynayan yeganə futbolçu olub.


Mohamed Salah ümumilikdə Premyer Liqanın beş mövsümündə 10 qol və 10 məhsuldar ötürmə səddini keçməyi bacarıb. Bununla o, “Mançester Yunayted”in keçmiş hücumçusu, ingilis Ueyn Runinin rekordunu təkrarlayıb.

0 comments
bottom of page