top of page

Samir Abasov: "Buradakı bütün oyunlar gərgin keçir"

"Buradakı bütün oyunlar gərgin keçir".

90plus.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Sabah"a 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra deyib.


44 yaşlı mütəxəssis qələbə qazandıqları üçün sevindiklərini bildirib: "Bu qalibiyyət hamımıza lazım idi. İkinci hissədə orta xətti ələ aldıq. Birinci yarıda istədiklərimizi edə bilmədik. İnanıram ki, bu qarşılaşmadan sonra motivasiyamız qalxacaq. Rəqibin belə oynayacağını gözləyirdik. Buna da hazır idik. Bu gün bir az elə bil yatmışdıq. Komanda ikinci hissədə ayıldı. Bəzi oyunlarımız gec saatlarda olur. Amma bu gün saat 4-də başlamışdı. Bəlkə oyunçular buna görə bir az yatmışdı. Əsas odu ki, qalib gəldik. Futbolçular çox böyük iş gördülər".

Abasov Sezar Meza Kollinin 90 dəqiqə oynamaq üçün tam hazır olmadığını söyləyib: "10 günlük məşqdən sonra oyunçunu əsas heyətdə görmək mümkünsüzdür. Qış tətilinə yollandıq, qayıdanda Meza Kolli koronavirusa yoluxdu. Bir az da ağır keçirdi. Meza Kollinin meydanda etdiklərini görürük. Etmədiklərini də görməliyik. Bəzi şeyləri etməyə gücü yoxdu. Onları da biz görürük".

0 comments
bottom of page