top of page

Samir Abasov Xavi ilə bir arada…


“Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Barselona”da təcrübə proqramında Xavi ilə bir araya gəlib.


90plus.az xəbər verir ki, bu gün əsas komandanın məşqini izləyən mütəxəssis Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Hernandezlə görüşüb. Komandanın hazırlıq proqramı ilə maraqlanan Samir Abasov həmkarı ilə müxtəlif mövzularda fikir mübadiləsi aparıb.


Görüşdə “Barselona”nın birinci vitse-prezidenti Rafael Yuste Abel də iştirak edib.

Qeyd: Ötən gün Samir Abasov "Barselona" klubunun prezidenti Xuan Laporta ilə də görüşüb.


0 comments
bottom of page