top of page

Samir Abasovun cəzası: 3 matç və 1000 manat


AFFA İntizam Komitəsi "Sumqayıt"ın çalışdırıcı Samir Abasova cəza verib.


90plus.az qurumun saytına istinadən xəbər verir ki, Abasov Misli Premyer Liqasının 13-cü turunda "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra qeyri-idman hərəkəti edib.


45 yaşlı mütəxəssis buna görə 1 oyunluq cəza alıb.

O, senyabrın 19-da təyin edilən 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə aldığına görə həmin tarixdə verilən 2 oyunluq şərti cəza üzərinə əlavə edilməklə ümumilikdə 3 matçlıq cəzaya məruz qalıb.


"Sumqayıt" klubunu isə S.Abasova görə 1000 manat cərimələyiblər.

0 comments
bottom of page