top of page

“Sevilya” baş məşqçisinə yeni müqavilə hazırlayır

“Sevilya” baş məşqçi Xose Luis Mendilibarla müqavilənin müddətini uzatmaq fikrindədir. Onlar 2022/23 mövsümündə Avropa Liqasının finalında qalib gəldikdən sonra bu qərarı veriblər.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya klubunun prezidenti Pepe Kastro 62 yaşlı mütəxəssisə yeni sözləşmə təklif edildiyini açıqlayıb.


Mendilibar martın 21-də “Sevilya”nın baş məşqçisi təyin olunub. Andalusiya təmsilçisi onun rəhbərliyi altında Avropa Liqasının həlledici qarşılaşmasında “Roma”nı məğlub edib və çempion olub.

0 comments
bottom of page