top of page

Simeone Səudiyyə Ərəbistanın gedir? - AÇIQLAMA

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Səudiyyə Ərəbistanından gələn təklifin onun Madrid klubunda qalmaq istəyinə təsir etmədiyini söyləyib.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis “Atletiko”da xoşbəxt olduğunu bildirib:


“Səudiyyə Ərəbistanından gələn təklif mənə hansısa bir şəkildə təsir etdimi? Xeyr, həqiqət budur ki, mən olduğum yerdə çox xoşbəxtəm. “Atletiko”da çox xoşbəxtəm. Səudiyyə Ərəbistanından gələn təklifi nəzərə almadım və daha çox təklif etsələr belə, qəbul etmərəm”.


Xatırladaq ki, daha əvvəl argentinalı məşqçinin 40 milyon avro qarşılığında “Əl-Əhli”yə başçılıq etmək təklifi aldığı bildirilirdi.


Simeone 2011-ci ildən “Atletiko”nu çalışdırır.



0 comments

Commentaires


bottom of page