top of page

"Sivasspor"dan qələbə, "Başakşehir" "Fiorentina"nı darmadağın edib

UEFA Konfrans Liqasının qrup mərhələsində II tura yekun vurulub.


90plus.az xəbər verir ki, Türkiyənin turnirdəki digər təmsilçisi "Başakşehir" evdə İtaliya "Fiorentina"sı ilə qarşılaşıb. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Qolları 54-cü və 71-ci dəqiqələrdə Serdar Gürler, 90-cı dəqiqədə isə Bertran Traore vurub.


UEFA Konfrans Liqası

Qrup mərhələsi, II tur

15 sentyabr

A qrupu

23:00. "Başakşehir" (Türkiyə) - "Fiorentina" (İtaliya) - 3:0


23:00. RFŞ (Latviya) - "Harts" (Şotlandiya) - 0:2

Xal durumu: "Başakşehir" - 6, "Harts" - 3, RFŞ - 1, "Fiorentina" - 1


B qrupu

23:00. "Styaua" (Rumıniya) - "Anderlext" (Belçika) - 0:0


23:00. "Silkeborq" (Danimarka) - "Vest Hem" (İngiltərə) - 2:3

Xal durumu: "Vest Hem" - 6, "Anderlext" - 4, "Styaua" - 1, "Silkeborq" - 0


C qrupu

23:00. "Hapoel" (Ber-Şeva, İsrail) - "Vilyarreal" (İspaniya) - 1:2


23:00. "Lex" (Polşa) - "Austriya" (Vyana, Avstriya) - 4:1

Xal durumu: "Vilyarreal" - 6, "Lex" - 3, "Hapoel" - 1, "Austriya" - 1


D qrupu

23:00. "Partizan" (Serbiya) - "Nitsa" (Fransa) - 1:1


23:00. "Köln" (Almaniya) - "Slovaçko" (Çexiya) - 4:2

Xal durumu: "Köln" - 4, "Partizan" - 2, "Slovaçko" - 2, "Nitsa" - 1


E qrupu

20:45. "Apollon" (Limassol, Kipr) - "Dnepr-1" (Ukrayna) - 1:3


20:45. "AZ Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn) - 4:1

Xal durumu: "AZ Alkmaar" - 6, "Dnipro" - 3, "Apollon" - 1, "Vaduts" - 1


F qrupu

20:45. "Yurqorden" (İsveç) - "Molde" (Norveç) - 3:2


20:45. "Gent" (Belçika) - "Şemrok Rovers" (İrlandiya) - 3:0

Xal durumu: "Yurqorden" - 4, "Gent" - 4, "Molde" - 1, "Şemrok Rovers" 1


G qrupu

20:45. ÇFR (Rumıniya) - "Sivasspor" (Türkiyə) - 0:1


20:45. "Slaviya" (Praqa, Çexiya) - "Balkani" (Kosovo) - 3:2

Xal durumu: "Slaviya" - 4, "Sivasspor" - 4, ÇFR - 1, "Balkani" - 1


H qrupu

20:45. "Jalgiris" (Litva) - "Bazel" (İsveçrə) - 0:1


20:45. "Pünik" (Ermənistan) - "Slovan" (Bratislava, Slovakiya) - 2:0

Xal durumu: "Bazel" - 6, "Pünik" - 3, "Jalgiris" - 1, "Slovan" - 1


0 comments
bottom of page