top of page

Siyasət Əsgərov: “Ən çox məyus edən hesabın belə olmasıdır”


Qadın futbol millimizin baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının seçmə mərhələsində İsveçrəyə (0:4) uduzduğumuz oyunu şərh edib.


90plus.az xəbər verir ki, mütəxəssis keyfiyyət fərqini vurğulayıb:


"Görünən odur ki, keyfiyyət öz sözünü deyir. Buna baxmayaraq, komandam vuruşdu. Düzdür, bəzi komponentlərdə geri qalırıq. Bizə hələ ki vaxt lazımdır. İstəyirdik ki, doğma meydanda şansımızdan istifadə edək, amma olmadı. Bizi ən çox məyus edən hesabın belə olmasıdır. Hesabın belə olacağını gözləmirdik. Rəqib bizi səhvlərə məcbur etdi. İsveçrə millisi oyunun tempini çox qaldırmışdı. Macarıstanla oyunda da temp yüksək idi. Orada da futbolçular var güclərini sərf etmişdilər. Həm də komanda uzaq yol qət etmişdi. Yorğunluq hiss olunurdu. Bundan sonra səhvlərin üzərində işləmək və önümüzə baxmaq lazımdır".

0 comments
bottom of page