top of page

SON DƏQİQƏ... Ballakın oğlu dünyasını dəyişdi!


Alman futbolunun unudulmaz adlarından olan Mixael Ballak 18 yaşlı oğlu Emilio Ballakın ölümü ilə sarsıldı.


90plus.az xəbər verir ki, Motosiklet qəzası keçirən Emilio bütün müdaxilələrə rəğmən vəfat edib.

Portuqaliya mətbuatında yer alan xəbərə görə Ballakın 18 yaşlı oğlu Emilio gecə saat 02:00 radələrində Lissabonun cənubundakı Troia şəhərində motosikletində qəza keçirmişdi. Qəzadan sonra ərazidə yanğın baş verdi və yanğınsöndürənlər dərhal müdaxilə edərək Emilionu yanmaqdan xilas ediblər. Amma qəza onun həyatına son qoyub.

0 comments
bottom of page