top of page

Son Hın Minin barmağı çıxdı!

“Tottenhem”in ulduzu Son Hın Minin barmağı komanda yoldaşları ilə mübahisə əsnasında çıxıb.


90plus.az “GOAL” nəşrinə istinadən xəbər verir ki, hadisə Cənubi Koreya yığmasının düşərgəsində olarkən baş verib.


Belə ki, şam yeməyində millinin bəzi oyunçuları stolüstü tennis oynamaq üçün yeməyi tez bitirib. Bundan narazılıq bildirən kapitan onların geri qayıtmalarını istəyib. Nəticədə futbolçular arasında mübahisə yaşanıb. Bu isə ulduz futbolçunun barmağının çıxmasına səbəb olub.



0 comments
bottom of page