"Son saniyələrdə qol buraxmaq çox üzücüdür"




"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Bakıda Avstriyanın "Rapid" (Vyana) komandasına 2:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında bunları deyib:


"Son saniyələrdə qol buraxmaq çox üzücüdür. Amma səmimi olsaq, rəqib qoldan öncə də belə bir imkanları var idi. Bizim üçün heç nə dəyişməyib.


Futbolçuları təbrik edirəm. Çox güclü rəqibə qarşı yaxşı oynadıq və 3 real qol epizodundan yararlana bilmədik. Nəticə və oyundan razıyam. Matçdan öncə futbolçularıma demişdim ki, bu gün bizə müsbət lazımdır. Növbəti matça köklənməliyik. Vyanadakı görüş çox çətin olacaq. Sonda buraxılan qoldan narazı qaldım. Səfərdə də öz oyunumuzu oynayıb qalib gəlməyə çalışacağıq. Bunu etməsək, heç bir şansımız olmayacaq".


Onun sözlərinə görə, son saniyələrdə buraxılan qol futbolçulara təsir etməyəcək: "Futbolda bu cür hallar baş verə bilər. Səfərdə də buradakı matçın 75-ci dəqiqəsinədək göstərdiyimiz oyunu oynamalıyıq. Buradakı qol epizodlarını orada da yaradıb, bunlardan istifadə etmək istəyirik. Bu səviyyədə şansa bel bağlamaq olmaz.


Nəyi düzgün etmədiyimizi analiz etməli, toparlanmalı və komandanı çempionat oyununa da hazırlamalıyıq. Bundan sonra görəcəyimiz işlərə baxa bilərik".


"Son iki matçda qələbə qazanmışıq. Amma üzərimizdə çalışıb, daha yaxşı olmalıyıq. Əminəm ki, mərhələni keçmək üçün şansımız var. Hər oyun çətindir və hər bir rəqibə hörmətlə yanaşırıq. Futbolçularımız kifayət qədərdir. Məşq etməlidirlər ki, daha yaxşı olsunlar. Qarışıq heyət hazırlamalıyıq ki, çempionat görüşündə də qələbə qazanıb. Hazırda əsas fikrimiz Premyer Liqa oyunundadır".


"Nəyəsə söz vermirəm. Amma hər şeyi edəcəyik ki, cavab matçında da qələbə qazanaq. Meydana sonradan daxil olan futbolçuları da yaxşı başa düşürəm. Onlar oyuna girəndə hesab 2:0 bizim xeyrimizə idi. Ən azından hesabı qorumaq üçün vuruşdular. Hava şəraiti ucaboy futbolçularımıza daha çox təsir etdi. Bundan sonra hər şey bizim üçün daha yaxşı olacaq".


Baş məşqçi son dəqiqələrdə müdafiədən çıxa bilməməklərinin konsentrasiya ilə bağlı olmadığını deyib: "Son dəqiqələrdə Rəhman Hacıyevlə yaxşı hücum yaxaladıq. Sağ cinahdan Qodsvey Donyonun irəli şığıdığını gördü. Ona pas vermək istəyirdi, alınmadı. Bu cür şeylərdən dərs çıxarmalıyıq".

0 comments