top of page

“Sumqayıt”ın futbolçusu yubiley oyununu keçirdi

Azərbaycan millisinin futbolçusu Murad Xaçayev “Sumqayıt”ın heyətində yubiley oyununu keçirib.


90plus.az xəbər verir ki, 4-cü turda “Araz-Naxçıvan”la (1:1) keçirilən görüş 25 yaşlı yarımmüdafiəçinin “gənclik şəhəri” təmsilçisinin heyətində bütün turnirlərdə meydana çıxdığı 100-cü matç olub.


Bunun 87-si Premyer Liqa, 11-i Azərbaycan kuboku, 2-si isə avrokuboklara təsadüf edib. Xaçayev həmin qarşılaşmalarda 6 qol vurub, 7 məhsuldar ötürmə verib.


Premyer Liqanın 3-cü turunda “Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlov komandanın heyətində 100-cü oyununu keçirmişdi.



0 comments

Comments


bottom of page