top of page

Sumqayıt 3-ə yüksəldi, Zirə 2-də qaldı!


Bu gün Misli Premyer Liqası, 30-cu turun açılış oyununda “Sumqayıt” evdə “Zirə” ilə qolsuz heç-heçə etdi!


90plus.az xəbər verir ki, Samir Abasovun komandası son 5 ev matçının yalnız 1-də qalib gəlib. Tərəflər arasında bu mövsüm ardıcıl 3-cü qolsuz bərabərlik qeydə alındı. 44 xala malik “Sumqayıt” 3-cü pilləyə yüksəldi.


Rəşad Sadıqovun kollektivi isə bütün turnirlərdə ardıcıl 4 qələbədən sonra xal itirdi. "Qartallar"ın “Sumqayıt”a qarşı məğlubiyyətsiz oyunlar seriyası 15-ə çatdı. 46 xal toplayan Zirə 2-ci yerdədir:


Sumqayıt 0-0 Zirə


Qeyd: Turun digər matçları aprelin 13-ü və 14-də olacaq.

0 comments

Comments


bottom of page