top of page

"Sumqayıt"da növbəti ayrılıq var


Bu mövsüm ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Sumqayıt" daha bir futbolçusu ilə yolları ayırıb. 90plus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Cavid İmamverdiyevlə başa çatan müqavilə yenilənməyib. 2020-ci ilin sentyabrından "Sumqayıt"da çıxış edən millimizin sabiq üzvü ötən mövsüm Premyer Liqada 14 oyuna çıxıb və 1 qol ötürməsi ilə yadda qalıb. Qeyd edək ki, "Sumayıt" daha əvvəl Mehdi Şərifi ilə də yolları ayırıb.

0 comments
bottom of page