top of page

"Sumqayıt"dan xeyirxah addım

"Sumqayıt"ın bir neçə futbolçusu və məşqçisi “Evdə qal, sağlam qal” adlı aksiya çərçivəsində şəhərin yaşlı sakinləri ilə evlərində görüşüb.



90plus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, görüşdə əsas komandanın məşqçiləri – Mehman Yunusov, Eduardo Balada, eyni zamanda futbolçular – Mehdi Cənnətov, Elvin Bədəlov, Cəmaləddin Xocaniyazov, Rüfət Abdullazadə, Səbuhi Abdullazadə, Mehdi Şərifi və Xəyal Nəcəfov iştirak edib.


Xüsusi karantin müddəti boyunca yaşlı sakinlərə evdən çıxmamağı məsləhət görən "Sumqayıt"lılar onları ərzaq tədarükü ilə təmin ediblər.

"Sumqaylt"ın aksiyanı mütəmadi olaraq davam etdirəcəyi bildirilib.





0 comments
bottom of page