top of page

“Sumqayıt” Ekvadordan futbolçu aldı!


“Sumqayıt” nəhayət ki, yeni futbolçu ilə transfer edib.


90plus.az klubun media hesabına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi 23 yaşlı ekvadorlu futbolçu Cordan Rezabala ilə müqavilə imzalayıb. Müqavilənin müddəti 2024-cü ilin sonunadək nəzərdə tutulub.


Qeyd: Ekvadorun “İndependyente” komandasının yetirməsi olan Cordan Rezabala son olaraq həmin ölkənin “Quayakil Siti” klubunda çıxış edib. O, həmçinin 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisində oynayıb.

0 comments
bottom of page