top of page

"Sumqayıt" futbolçusu ilə müqaviləni yenilədi


2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçusu ilə müqaviləni yeniləyib. 90plus.az klubun saytına istinadən xəbər verir ki, Vüqar Mustafayev növbəti mövsümdə də bu komandada çıxış edəcək. Qeyd edək ki, 2019-cu ildən "Sumqayıt"da oynayan Vüqar Mustafayev bu müddət ərzində ümümilikdə 40 oyunda meydana çıxıb. Mustafayev həmçinin Azərbaycanın U-21, U-23 və "A" millilərinin uğurları üçün çalışıb.

0 comments
bottom of page