top of page

“Sumqayıt” futbolçusu ilə müqaviləni yenilədi

“Sumqayıt” yarımmüdafiəçisi Səbuhi Abdullazadə ilə davam etməkdə olan müqaviləni yeniləyib.


90plus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu ilə 2025/26 mövsümünün sonuna qədər anlaşma əldə olunub.


Qeyd edək ki, futbola 2011-ci ildə “Sumqayıt” Futbol Akademiyasında başlayan Səbuhi Abdullazadə 15 yaşı olarkən, 2017/18 mövsümündə Premyer Liqada debüt edib. Səbuhi Abdullazadə U-15, U-16, U-17, U-19 və U-21 yığmalarında da oynayıb.

0 comments
bottom of page