top of page

"Sumqayıt"la oyunda favorit deyilik" Serbiya klubunun oyunçusu


"Hazırda "Sumqayıt" barədə məlumatımız azdır. Bildiyim qədərilə, bu komandada əsasən azərbaycanlı futbolçular çıxış edirlər. Əlbəttə, onlar da yaxşı oyunçulardır".

90plus.az xəbər verir ki, bu fikirləri Serbiyanın "Çukariçki" komandasının futbolçusu Asmir Kayeviç UEFA Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "Sumqayıt" barədə danışarkən deyib.

Monteneqrolu yarımmüdafiəçi heç bir rəqibə yuxarıdan-aşağı baxmadıqlarını söyləyib: "Bilirik ki, "Sumqayıt" da bizim kimi çempionatı 3-cü sırada bitirib. Bu isə sözügedən komandanı ciddiyə almaq üçün kifayətdir".

31 yaşlı futbolçu ehtiyatlı oynayacaqlarını söyləyib: "Düzdür, "Sumqayıt"la müqayisədə avrokubok təcrübəmiz çoxdur. Amma sırf bu amilə görə özümüzü favorit saymıram. Şansların bərabər olduğunu düşünürəm. Hər iki görüş maraqlı keçəcək".

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 21-də, cavab matçı isə iyulun 29-da olacaq.

0 comments
bottom of page