top of page

"Sumqayıt" millimizin futbolçusu ilə müqaviləni yenilədi!


2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçusu ilə müqavilə müddətini artırıb.

90plus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi Höccət Haqverdi daha 2 mövsüm bu komandada çıxış edəcək. Azərbaycan yığmasının milliləşən legioneri 2021-ci ilin əvvəlindən "Sumqayıt"da oynayır. Haqverdi ötən mövsüm 15 oyunda meydana çıxıb.


Qeyd edək ki, “Sumqayıt” bunadək baş məşqçi Ayxan Abbasov, futbolçular Vurğun Hüseynov, Elvin Məmmədov, Murad Xaçayev, Vüqar Mustafayev və Aydın Bayramovla müqavilə müddətini uzadıb.

0 comments
bottom of page