top of page

"Sumqayıt"ın məşqçisi: ”Top meydandadırsa, təmas olubsa, penaltidir”


 "Sumqayıt"ın məşqçisi Mübariz Orucov Misli Premyer Liqasının 28-ci turunda "Araz-Naxçıvan"la 1:0 qələbəni şərh edib.


90plus.az xəbər verir ki, o sözə belə başlayıb:


"İlk hissə tam bizim üstünlüyümüzlə keçdi. Demək olar ki, meydanda bir komanda var idi. Epizodlarımız çox oldu, onlardan istifadə etsəydik, hesab daha böyük olardı.

Futbolçularda yorğunluq hiss olunurdu, oruc tutanlar çoxdur. Oyunun vaxtı da oruc tutanlar üçün əlverişsiz idi. Demək olar ki, su içib davam etdilər. Yorğunluq fonunda keyfiyyət də aşağı düşdü. Oyun bizim üstünlüyümüz şəraitində keçdi, haqlı qələbə qazandıq.  Vacib qələbə idi. Davam edirik. Son mərhələyə girmişik. Artıq bütün oyunlar vacibdir. Bundan sonra hər komanda ilə bir oyun qalıb. Hər görüşə qələbə üçün çıxacağıq".


Məşqçi penalti epizodunu izləməsə də,

narazılıqları eşitdiyini söylədi:


"Epizodu tam görməmişəm. Haqsızlığı nədə görürlər? Epizod itsə belə, top meydandadırsa, təmas olubsa, penalti verilməlidir. Qapıçı topu əlinə götürüb, amma rəqibini vurur. Bu nədir? Penalti. Əgər cərimə meydançasında təmas varsa, penalti qərarı doğrudur.

Baxıram ki, elə rəqib də narazı idi, biz də. Olur da, hakimlər də səhv edir. Bizim özümüz də bir neçə dəfə haqsızlıqla qarşılaşdıq. Deyim ki, hakim bərbad idi, xeyr".


Mütəxəssis avrokuboklara vəsiqə barədə də danışıb:


"Avrokuboklara vəsiqə qazansaq, yəqin ki, komanda güclənməlidir. O yöndə də işlər görüləcək. Düzdür, qışda transfer edə bilmədik. Transfer etməməyimizin səbəbi sırf maliyyə ilə də bağlı deyil. Maliyyəmiz yüksək deyil ki, yaxşı oyunçular götürək. Sadəcə, qışda yaxşı futbolçu tapmaq çətindir. Yaxşı oyunçuların klubla müqaviləsi olur. Həm özünə, həm də klubuna pul ödəməlisən. Azad agent statusunda olanlar da bizim xoşumuza gəlmədi.  Transfer xətrinə oyunçu götürmək istəmədik. Yayda avrokuboklara düşsək də, düşməsək də güclənmək istəyirik. Komanda ildən-ilə ələnməlidir. Yaxşı oyunçularla yolumuza davam edəcəyik".


Mənbə: Sportal

0 comments
bottom of page