top of page

"Səbail" 3 futbolçu ilə müqavilə bağladı!


“Səbail” qapıçı Elxan Əhmədovun müqaviləsini yeniləyib.

90plus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Əhmədovun müqaviləsinin müddəti 2022-ci ilin yayına qədər uzadılıb. Qeyd edək ki, 27 yaşlı qolkiper 2017-ci ildən "Səbail"də çıxış edir. *** "Səbail" daha iki futbolçusu ilə müqavilənin uzadıldığını açıqlayıb. Bunlar qapıçı Şahin Çəkiyev və yarımmüdafiəçi Ədilxan Qəhrəmanovdur. Hər iki futbolçu ilə 1 illik yeni müqavilə imzalandığı diqqətə çatdırılıb.

0 comments
bottom of page