top of page

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib

“Səbail” heyətinə yeni futbolçu qatıb.


90plus.az xəbər verir ki, paytaxt klubu müdafiəçi Mirəli Əhmədovu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


"Dənizçilər"  futbolçu ilə 2023/24-cü illər mövsümünün sonunadək müqavilə imzalayıb.


Qeyd edək ki, Mirəli Əhmədov son olaraq “Şamaxı”da çıxış edib. O, cari mövsüm Misli Premyer Liqasında 1 oyunda meydana çıxıb.

0 comments
bottom of page