top of page

"Səbail"in qapıçısı milliyə dəvət olunmamasına münasibət bildirib

"Səbail"in düşərgəsində olduğu üçün Qvatemala yığmasına dəvət almayan 25 yaşlı qolkiper Nikolas Hagen bildirib ki, hər zaman həmkarlarına dəstək olmağa hazırdır.


"90plus.az" xəbər verir ki, o bu fikirləri "Emisoras Unidas" nəşrinə açıqlamasında dilə gətirib:


"Daim milli komandanın üzvləri ilə danışıram. Komanda hər dəfə oynayanda mənə matçlar barədə məlumat verilir. Bu, mənim üçün çox vacibdir".


O, martda DÇ-2022-nin seçmə mərhələsində Britaniya Virgin Adaları, Kürasao və Kuba ilə görüşlərdə komandaya qoşulacağına ümid edir: "Həmin matçları birlikdə qazanmalıyıq. Bütün dünya koronavirusla mübarizə aparır. Hazırda mürəkkəb mərhələdə, həyatla ölüm arasındayıq. Dünya çempionatına vəsiqə qazanmaq istəyirik. Bunu bacarmaq üçün mübarizə aparmalıyıq". Qeyd edək ki, Nikolas Hagen 2020-ci ilin sentyabrında "Səbail"ə keçib.

bottom of page