top of page

“Səbail”in qış hazırlıq planı bəlli oldu

“Səbail”in qış fasiləsi üçün hazırlıq planı bəlli olub.


90plus.az xəbər verir ki, sözügedən komanda qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək.


Antalyada baş tutacaq təlim-məşq toplanışı yanvarın 3-də başlayacaq. “Dənziçilər” hazırlıq çərçivəsində yanvarın 8-də Polşanın “Legiya” (Varşava), 12-də Çexiyanın “Bohemians” (Praqa), 16-da isə Serbiyanın “Spartak” (Subotiça) klublarıyla yoxlama görüşlərində qüvvəsini sınayacaq.


Komanda yanvarın 17-da Bakıya qayıdacaq.



0 comments
bottom of page