top of page

Səhvləri düzəltmək öz əlimizdədir"


"Cümə axşamı günü bizi böyük oyun gözləyir. Səbirsizliklə bu matçı gözləyirik".


90plus az xəbər verir ki, bu sözləri "Aberdin"in futbolçusu Cey Emmanuel-Tomas yerli mətbuata açıqlamasında Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının ilk oyunu barədə danışarkən deyib.


"Bəzən nəyisə dəyişmək mümkün olmur. Səhvləri isə düzəltmək öz əlimizdədir. Bu istiqamətdə növbəti addım 3 gündən sonra olacaq. Ümid edirəm ki, hər şeyi qaydasına sala biləcəyik".


Onun sözlərinə görə, Avropada oynamaq bir çox oyunçu üçün həlledici amildir:


"Şəxsən mənim üçün səfərdə yaxşı nəticə qazanmaq böyük uğur olardı. İnanıram ki, hamımız əlimizdən edəcəyik".

0 comments
bottom of page