top of page

Türkiyə, İspaniya və Şotlandiya Avro-2024-ün final mərhələsində

AVRO-2024-ün seçmə mərhələsində VIII tura start verilib.


90plus.az məlumatına görə, bu gün dörd qrupda ümumilikdə 8 oyun keçirilib.


D qrupunda yer alan Türkiyə millisi doğma arenasında Latviyanı böyük hesabla məğlub edərək, final mərhələsinə vəsiqə qazanıb.


A qrupundan da iki komanda Almaniyada təşkil olunacaq qitə birinciliyinə yollanmaq hüququna yiyələnib. İspaniya səfərdə Norveçi məğlub etməklə həm özünün, həm də Şotlandiyanın AVRO-2024-də iştirakını rəsmiləşdirib.


AVRO-2024-ün seçmə mərhələsiVIII tur15 oktyabr

A qrupuGürcüstan – Kipr – 4:0Norveç – İspaniya – 0:1Xal durumu: İspaniya – 15 xal (6 oyun), Şotlandiya – 15 (6), Norveç – 10 (7), Gürcüstan – 7 (6), Kipr – 0 (7)

D qrupuTürkiyə - Latviya – 4:0Uels – Xorvatiya – 2:1Xal durumu: Türkiyə - 16 (7), Uels – 10 (6), Xorvatiya – 10 (6), Ermənistan – 7 (6), Latviya – 3 (7)

E qrupuÇexiya – Farer adaları – 1:0Polşa – Moldova – 1:1Xal durumu: Albaniya – 13 (6), Çexiya – 11 (6), Polşa – 10 (7), Moldova – 9 (6), Farer adaları – 1 (7)

İ qrupuİsveçrə - Belarus – 3:3Rumıniya – Andorra – 4:0Kosovo – İsrail oyunu təxirə salınıb.Xal durumu: Rumıniya – 16 (8), İsveçrə - 15 (7), İsrail – 11 (6), Kosovo – 7 (7), Belarus – 6 (8), Andorra – 2 (8)



0 comments

Commentaires


bottom of page