top of page

“Türkiyə mediası məni göndərdi” Stefan Kuntz


Türkiyənin eks baş məşqçisi Stefan Kuntz millidən getməsi barədə yerli TV-yə danışıb!


90plus.az SR Tv-yə istinadən xəbər verir ki, jurnalist Kuntza “Sizin göndərilmənizdə Türkiyə mediasının rolu nə oldu?” sualını ünvanlayıb.


Stefan Kuntzun cavabı: “Bunun çox böyük rolu oldu. Məsələn, burada yalan olan heç nə deyə bilməzsiniz. Çünki mən buna qarşı öz haqqımı tələb edə bilərəm. Türkiyədə belə bir şey yoxdur. Bəzi yalan və uydurma xəbərlərin olması ayıbdır. Həqiqət kimi qəbul edilir. Hələ sosial media daha da pisdir. Başqa ölkələrdə faktlara, dəlillərə baxmaq hissi var. Amma Türkiyədə bunu görmək çətindir”.


Qeyd edək ki, Türkiyə millisinin baş məşqçisi postunda Kuntzu Vinçenso Montello əvəzləyib!

0 comments

Comments


bottom of page