top of page

Teymur Rəcəbov uğursuz oldu!


Azərbaycan şahmatçısı Teymur Rəcəbov Hindistanın Kəlküttə şəhərində təşkil olunan “Tata Steel Chess” turnirində blits üzrə mübarizənin ilk günündə uğursuz çıxış edib.


90plus.az xəbər verir ki, 36 yaşlı qrossmeyster keçirdiyi doqquz oyunun 1-də qələbə qazanıb, 2-də heç-heçə edib, 6-da isə uduzub.

Beləliklə, Rəcəbov ilk günü iki xalla sonuncu pillədə başa vurub. Blitsdə mükafatçılarının siyahısı sabah müəyyənləşəcək.


Qeyd edək ki, milli komandanın üzvü rapid üzrə mübarizəni 5,5 xalla ikinci başa vurmuşdu. Yarışda Teymur Rəcəbov ilə yanaşı, Maksim Vaşye-Laqrav (Fransa), Aleksandr Qrişuk (Rusiya), Nodirbek Abdusattorov (Özbəkistan), Santoş Vidit, Pentala Harikrişna, Rameşbabu Praqqnanandha, Arcun Eriqaysi, Dommaracu Qukeş (hamısı Hindistan) və Vinsent Kaymer (Almaniya) mübarizə aparır.

0 comments

Recent Posts

See All
bottom of page