top of page

“The Best”ə iddialı 3 futbolçu var!


Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) versiyasına görə 2023-cü ilin ən yaxşı oyunçusu adına iddialılar - argentinalı Lionel Messi, fransalı Kilian Mbappe və norveçli Erlinq Holanddır.


90plus.az xəbər verir ki, qurumun mətbuat xidməti məlumat yayıb.


1.Messi hazırda ABŞ-nin “İnter Mayami” klubunda oynayır. 2022-ci ilin dekabrında hücumçu dünya çempionu olub.

2.Mbappe Fransa millisi ilə birlikdə dünya çempionatının finalçısı olub. Hücumçu ötən mövsüm ölkə çempionu olan Fransanın PSJ klubunda çıxış edir.

3.Holand isə İngiltərənin “Mançester Siti” klubunun oyunçusudur və komandanın tərkibində keçən mövsüm çempionluq yaşayıb, İngiltərə Kubokunu qazanıb və Çempionlar Liqasının qalibi olub.

0 comments

Comments


bottom of page