top of page

Tiaqo Silva "Fluminense"də!


"Çelsi"dən ayrılacağını açıqlayan Tiaqo Silva "Fluminense" ilə razılaşıb.


90plus.az xəbər verir ki, müdafiəçi yeni mövsümdən Braziliya klubunda çıxış edəcək.


Tiaqonun yaxın günlərdə müqavilə imzalayacağı və bu ilin iyulundan "Fluminense"nin futbolçusu olacağı gözlənilir.


Qeyd: 39 yaşlı Tiaqo Silva 2020-ci ildə azad agent kimi "Çelsi"yə keçib. 151 oyuna çıxıb, Çempionlar Liqası, Klublararası Dünya Kuboku və UEFA Super Kubokunu qazanıb.


Tiaqo 2006-2009-cu illərdə "Fluminense"də çıxış edib.


Mənbə: Fabrizio Romano


0 comments
bottom of page