top of page

Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salına bilər

İyulun 23-də Tokioda başlaması nəzərdə tutulan Yay Olimpiya Oyunları təxirə salına bilər.

90plus.az xəbər verir ki, bu barədə yarışın Təşkilat Komitəsinin baş direktoru Tosiro Muto keçirdiyi mətbuat konfransında məlumat verib.O, koronavirus pandemiyasın görə bu addımı ata biləcəklərini istisna etməyib.

Bildirib ki, son sutka ərzində Tokio-2020 ilə əlaqəli olan 10 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb. Bununla da ümumi say 68-ə çatıb. "Biz deyə bilmərik ki, yoluxma ilə bağlı durum necə olacaq. Əgər sıçrayış olarsa, müzakirə aparacağıq. Razılığa gəlmişik ki, koronavirusla bağlı vəziyyətə görə beştərəfli görüş keçirə bilərik. İndiki halda yoluxma arta da, azala da bilər. Ona görə də artım olarsa, biz nə edəcəyimizi düşünəcəyik" - deyə Muto bildirib.

Xatırladaq ki, Tokio-2020-nin 23 iyul-8 avqustda keçirilməsi nəzərdə tutulub.

0 comments
bottom of page