top of page

Tomas Müller "Bayern Münhen"in tarixinə düşdü


"Bavariya"nın futbolçusu Tomas Müller klubun tarixinə düşüb.


90plus.az xəbər veirr ki, o, Münhen təmsilçisi ilə ardıcıl 16 mövsüm Bundesliqada çıxış edən ilk oyunçu olub. 


33 yaşlı yarımmüdafiəçi Bundesliqanın 1-ci turunun "Verder"lə matçında (4:0) iştirak edib və qol ötürməsi verib. 

Bu mövsüm Müller üçün 16-cı Bundesliqa mövsümü olub. Bu, klub rekordudur. O, 2008/09 mövsümündə komandada debüt edib. "Bavariya"nın heyətində Tomas 12 dəfə ölkə çempionu olub. 



0 comments

Comments


bottom of page