top of page

Tomas Müller “Bayern Münhen”də rekorda imza atıb

"Bayern Münhen"in hücumçusu Tomas Müller mütləq rekordçuya çevrilib.


90plus.az xəbər verir ki, 33 yaşlı futbolçu Almaniya Kubokunda 53 dəfə qələbə sevinci yaşayaraq "Verder"in sabiq yarımmüdafiəçisi Miroslav Votavanı geridə qoyub.


Müller bu turnirdəki oyun sayını da 63-ə çatdıraraq mütləq rekordçu Zepp Mayerə çatıb.


Xatırladaq ki, Almaniya Kubokunun 1/8 final mərhələsinin oyununda "Maynts"ın qonağı olan "Bayern" 4:0 hesablı darmadağına imza atıb.

0 comments
bottom of page