top of page

Tomas Tuhel 3 fərqli klubla bunu bacardı!


“Bayern Münhen”in baş məşqçisi Tomas Tuhel üç fərqli komandanı Çempionlar Liqasının yarımfinalına çıxaran ilk alman məşqçisi olaraq rekord müəyyənləşdirib.


90plus.az xəbər verir ki, Tuhel 2019/20 mövsümündə PSJ ilə, 2020/21 mövsümündə isə “Çelsi" ilə turnirin qalibi olub.


Qeyd: "Bayern" bu mövsüm Çempionlar Liqasının 1/4 finalında "Arsenal"ı məğlub edərək (2:2, 1:0) yarımfinala vəsiqə qazanıb. Münhen klubu yarımfinalda "Real"la üz-üzə gələcək. Onlar arasında ilk görüş 30 aprel saat 23:00-da olacaq.

0 comments

Recent Posts

See All
bottom of page