top of page

Tomas Tuxel: "Göstərilən etimadı doğrultmaq üçün hər şeyi edəcəyəm"

"Bavariya"nın yeni baş məşqçisi Tomas Tuhel Almaniya klubu ilə 2025-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalaması haqda danışıb.


90plus.az AS-a istinadən xəbər verir ki, mütəxəssis deyib:


“Bu, "Çelsi"də 18 ay keçirməyimdən daha yaxşıdır. Müqavilənin müddətindən çox razıyam, sonda hər şey işlərin necə getməsindən və klub rəhbərlərinin mənimlə müqaviləni uzatmaq istəməsindən asılıdır. İnanıram ki, ümidləri doğruldacağam. Müqavilənin müddəti mənə ideal görünür. Göstərilən etimadı doğrultmaq üçün hər şeyi edəcəyəm".


Qeyd edək ki, "Çelsi"nin sabiq çalışdırıcısı olan Tomas Tuhel Münhen təmsilçisində Bundesliqanın son matçlarında qeyri-qənaətbəxş nəticələrə görə istefaya göndərilən Yulian Nagelsmannı əvəzləyib.



0 comments
bottom of page