top of page

Tomas Tuxel: “ İlk hissədən sonra geri düşmədiyimiz üçün sevindik”


"Bayern Münhen"in baş məşqçisi Tomas Tuhel Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Qalatasaray" üzərində qazanılan qələbədən (3:1) danışıb.


90plus.az xəbər verir ki, mütəxəssis oyundan sonra mətbuata açıqlamasında ilk hissədə "Qalatasaray"ın, ikinci hissədə isə "Bavariya"nın daha yaxşı çıxış etdiyini deyib:


“Bugünkü qələbəyə layiq idikmi? İlk hissədən sonra hesabda geri düşmədiyimiz üçün sevindik. Düşünürəm ki, Türkiyə komandası bu nəticədən razı qalmadı. Amma ikinci hissəyə baxsanız, biz qələbəyə layiq idik.

Çempionlar Liqasında səfərdə qalib gəlmək heç vaxt asan deyil. Bəzən qələbə üçün hər hansı bir yol tapmalısan”.


Qeyd edək ki, bu komandalar arasında növbəti oyun - 4-cü tur görüşü noyabrın 8-də Münhendə keçiriləcək və saat 00:00-da başlayacaq.

0 comments

Comentarios


bottom of page