top of page

"Topla rahat davrana bilmirdik" - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XII turunda “Şamaxı”nı səfərdə 4:0 hesabı ilə məğlub etdikləri oyunu dəyərləndirib. 


90plus.az xəbər verir ki, təcrübəli mütəxəssis matçla bağlı bunları deyib: 


"Futbolçularımı təbrik edirəm. Çox əziyyət çəkdilər. Həm ümumi yorğunluq, həm süni örtük səbəbindən topla rahat davrana bilmirdik. Ümumən matçın gedişatında, xüsusən də, ikinci hissədə daha sərbəst oynamağa başladılar. Vacib qalibiyyət əldə etdik. Cavid Hüseynova və komandasına uğurlar arzulayıram. 


Filip Ozobiçin durumuna sabah aydınlıq gələcək. Dizində ağrılar oldu. Bu da daha çox meydanla bağlı idi.Debüt edən Nəriman Axundzadənin çıxışına gəlincə, normal oynadı. İlk oyunu idi. Əvvəlcə həyəcan göründü, amma ikinci hissədə daha rahat oldu. Oyunundan razı qaldım".

0 comments
bottom of page