top of page

Toplarda ofsayd və qolu aşkarlayan sensor olacaq!


UEFA Avro-2024-də VAR sisteminin maraqlı və yeni texnologiya ilə işləyəcəyini açıqlayıb.


90plus.az xəbər verir ki, VAR-a ilk dəfə olaraq yarıavtomatik ofsayd aşkarlama və qol aşkarlama texnologiyaları quraşdırılacaq.


Belə ki, turnirin rəsmi topu real vaxt rejimində dəqiq məlumatları ötürən hərəkət sensorları ilə təchiz edilib. Bu, matçın hakimlərinə topa hər toxunuşu müəyyən etməyə kömək edir, oyundankənar vəziyyət, əllə oyun və penalti vəziyyətlərinin qiymətləndirilməsinə sərf olunan vaxtı azaldır.

Məlumatlar həmçinin evdəki azarkeşlər üçün televiziya qrafikası və vizualizasiya yaratmaq məqsədilə də istifadə olunacaq.


Qeyd: Avro-2024-ün final mərhələsi 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada baş tutacaq.

0 comments
bottom of page