top of page

"Tottenhem"in futbolçusu bu il meydana çıxa bilməyəcək

"Tottenhem"in zədəli futbolçusu Ceyms Meddisonun son durumuna aydınlıq gəlib.


90plus.ax BBC-yə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Anje Postekoqlu danışıb. Mütəxəssis 25 yaşlı yarımmüdafiəçinin zədəsinin ciddi olduğunu və onun bu il meydana çıxmayacağını qeyd edib.


Qeyd edək ki, Ceyms 2023-cü ilin yayında "Lester"dən 46 milyon avroya "Tottenhem"ə keçib. O vaxtdan bəri Meddison London təmsilçisinin heyətində 12 oyuna çıxıb, 3 qol vurub və 5 qolun ötürməsini verib.



0 comments

Comments


bottom of page